Alimlər ağcaqanadların insanlar arasında koronavirusu yaya biləcəyi ilə bağlı məlumatları təkzib edib.

Unikal.org xəbər verir ki, bu barədə “Nature” jurnalı məqalə dərc edib.

Alimlərin araşdırmasına görə, hətta ekstremal şərtlərdə belə, virus ağcaqanadın özündə çoxala bilməyib.

Odur ki, əgər ağcaqanad koronavirusa yoluxan şəxsi sancsa belə virusu digər insana yoluxdurması mümkün deyil.

Ümumdünya Səhiyyə Təşkilatı da bildirib ki, yeni koronavirusun ağcaqanad sancması ilə keçməsi haqda heç bir sübut və əsas yoxdur.