Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report.az saytına istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1959-cu il təvəllüdlü Balaşzadə Rəna Əliquşad qızı xəsarət alıb.

Yaralı  3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.