Nazirlər Kabineti “Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2019-cu il 26 aprel tarixli və “Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisəsi nəzdində olan peşə məktəbinin Nümunəvi Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 16 iyun tarixli 239 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 17 may tarixli 224 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1655-VQD nömrəli Qanununun tətbiqi və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 avqust tarixli 827 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə 2019-cu il 26 aprel tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə bir sıra dəyişikliklər edib.

Unikal.org xəbər verir ki, müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”n 1.1. 2-ci hissənin adında “fəaliyyətinin məqsədi və” sözləri “fəaliyyət” sözü ilə əvəz edilib;

1.2. 2.1-ci bənd ləğv edilib;

1.3. 4.3.1-ci, 4.3.2-ci və 4.3.4-cü yarımbəndlər aşağıdakı redaksiyada verilib:

“4.3.1. peşə təhsili müəssisəsinin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

4.3.2. idarəetmə orqanlarının yaradılması;

4.3.4. peşə təhsili müəssisəsinin strukturunun, işçilərinin say həddinin və əməkhaqlarının (o cümlədən, əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi;”;

1.4. aşağıdakı məzmunda 4.3.2-1-ci və 4.3.6-1-ci yarımbəndlər əlavə edilib:

“4.3.2-1. idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi (peşə təhsili müəssisəsinin direktoru və direktor müavinlərinin təyin edilməsi istisna olmaqla);

4.3.6-1. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;”;

1.5. 4.3.7-ci yarımbənddən “barədə təklif verilməsi” sözləri çıxarılıb;

1.6. 4.7.12-ci yarımbənddə “vəzifə maaşlarının, vəzifə maaşlarına” sözləri “əməkhaqlarının, əməkhaqlarına” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 17 may tarixli 224 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 958) ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilib:

2.1. 2-ci hissənin adında “fəaliyyətinin məqsədi və” sözləri “fəaliyyət” sözü ilə əvəz edilib;

2.2. 2.1-ci bənd ləğv edilib;

2.3. 4.3.1-ci, 4.3.2-ci və 4.3.4-cü yarımbəndlər aşağıdakı redaksiyada verilib:

“4.3.1. peşə təhsili müəssisəsinin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

4.3.2. idarəetmə orqanlarının yaradılması;

4.3.4. peşə təhsili müəssisəsinin strukturunun, işçilərinin say həddinin və əməkhaqlarının (o cümlədən, əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi;”;

2.4. aşağıdakı məzmunda 4.3.2-1-ci və 4.3.6-1-ci yarımbəndlər əlavə edilib:

“4.3.2-1. idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi (peşə təhsili müəssisəsinin direktoru və direktor müavinlərinin təyin edilməsi istisna olmaqla);

4.3.6-1. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;”;

2.5. 4.10.10-cu yarımbənddə “vəzifə maaşlarının, vəzifə maaşlarına” sözləri “əməkhaqlarının, əməkhaqlarına” sözləri ilə əvəz edilib.