Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Sileks” (Şimali Makedoniya) matçının hakimləri bəlli olub.
Unikal.org xəbər verir ki, qarşılaşmanı Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Yaroslav Kozık olacaq. Ona yan xətt hakimləri Viktor Nijnik və Vladimir Korotin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Anatoli Abdula yerinə yetirəcək. Oyunun hakim-inspektoru isə macarıstanlı Atilla Abraham olacaq.
“Qarabağ” – “Sileks” oyunu avqustun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da start götürəcək.