Xırdalanda yanğın hadisəsi baş verib.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin “AAAF Park” yaşayış kompleksində qeydə alınıb.

Birinci mərtəbədə yerləşən mənzildə qeydə alınan yanğın digər mərtəbələrə qalxıb. Mənzildə olan şəxslər təxliyə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

Hazırda FHN-in yanğınsöndürənləri alovun qarşısını almağa çalışır.

İlkin ehtimala görə, hadisə elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verib.