Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, mövcud qayda və tələblərin şərtlərinin pozan marketlər aşkarlanıb.    

Unikal.org xəbər evrir ki, Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Polis İdarəsi və 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun İ.Həşimov küçəsində “Araz”, Mircəlal küçəsində “Bolmart” və “Bazar store” marketlərinin sahibləri və işçiləri inzibati məsuliyyətə cəlb olunublar. 

Ümumilikdə 7 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozan şəxslərlə profilaktik və izahedici söhbətlər aparılmaqla, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin sahibləri 200 manat, digərləri 100 manat cərimə olunublar.