“Barselona”nın yeni baş məşqçisi Ronald Kumanın köməkçiləri bir-bir müəyyənləşir.
Unikal.org-un məlumatına görə, niderlandlı mütəxəssisə kömək edəcək iki məşqçi artıq bəlli olub.
Bunlardan biri vaxtilə “Barselona”nın formasını geyinmiş Henrik Larssondur. “Helsinborq”un sabiq baş məşqçisi Kumanın köməkçisi olmaq təklifini qəbul edib. Eyni zamanda iyunda “Hoffenhaym”dan qovulan niderlandlı Alfred Şröyderin də məşqçi korpusunda yer alması gözlənilir.
Qeyd edək ki, Kike Setyenlə yollarını ayıran “Barselona”nı yeni mövsümdən Ronald Kuman çalışdıracaq.