Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.

Unikal.org xəbər verir ki, həlledici oyuna sonuncu vəsiqə uğrunda Almaniya çempionu "Bavariya" ilə "Lion" üz-üzə gələcək. 

Portuqaliyanın paytaxtı Lissabondakı "Eştadiu Joze Alvalade" stadionunda keçiriləcək oyunu ispaniyalı referi Antonio Migel Mateu Laos idarə edəcək.

Bu cütün qalibi finalda PSJ ilə qarşılaşacaq. PSJ yarımfinalda Almaniya "Leyptsiq"ini darmadağın edib - 3:0. Həlledici oyun avqustun 23-də olacaq.

Çempionlar Liqası

Yarımfinal

23:00. "Lion" (Fransa) - "Bavariya" (Almaniya)

Portuqaliya, Lissabon.  "Eştadiu Joze Alvalade" stadionu