"Fiorentina" ilə müqaviləsi davam etsə də son mövsümü icarə əsasında "Beşiktaş"da keçirən Kevin-Prins Boatenq bu dəfə ailəsindəki qalmaqalla gündəm olub.
Unikal.org xarici KIV-ə istinadən xər verir ki, buna səbəb futbolçunun xanımı Melissa Sattanın səyahətləri olub. İddiaya görə, teleaparıcının təkbaşına və rəfiqələri ilə səyahətə yollanması evdə qalmaqala səbəb olub. Ər-arvad buna görə dava edib.
Qeyd edək ki, Kevin-Prins Boatenq və Melissa Satta 3 il bundan əvvəl ayrılsa da, yenidən barışmışdılar.