“Keşlə” Futbol Klubu növbəti transferini reallaşdırıb.

Unikal.org xəbər verir ki, komanda “Qarabağ” FK-nın müdafiəçisi Rafael Məhərrəmlini icarəyə götürüb.

20 yaşlı futbolçu mövsümün sonunadək “Keşlə”nin şərəfini qoruyacaq.

Qeyd edək ki, Rafael Məhərrəmli ötən mövsüm Azərbaycan Premyer Liqası çərçivəsində 9 matçda meydana çıxıb.