Ukrayna millisinin və Kiyev "Dinamo"sunun sabiq futbolçusu Aleksandr Əliyev məşqçilik kurslarını uğurla başa vurub.
Unikal.org xəbər verir ki, bu barədə o, özünün rəsmi "Instagram" səhifəsində paylaşım edib.
Sonuncu imtahanı verən veteran yarımmüdafiəçi "A" lisenziyası alıb.
Qeyd edək ki, Əliyev daha çox "Dinamo" (Kiyev), Moskvanın "Lokomotiv" və Mahaçqalanın "Anji" klublarındakı çıxışı ilə məşhurdur. Onun oynadığı son komanda Qazaxstan "Taraz"ı olub.