“Yuventus”un sabiq oyunçusu İqor Tudor Turin klubuna yeni təyin edilən baş məşqçi Andrea Pirlonun köməkçisi olacaq.
Unikal.org xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
42 yaşlı məşqçinin son çalışdığı yer Xorvatiyanın “Hayduk” klubu olub.
Xatırladaq ki, İ.Tudor 1998-2007-ci illərdə “Yuventus”un heyətində çıxış edib.