“Sumqayıt”ın sabiq futbolçusu Əmir Ağayev Azərbaycan millisinə çağırılıb.
Unikal.org xəbər verir ki, bu barədə 28 yaşlı yarımmüdafiəçinin hazırda oynadığı Yunanıstanın “Atromitos” klubu özünün rəsmi saytında xəbər verir.
AFFA tərəfindən ünvanlanan məktubda bildirilir ki, Ağayev milli komandanın 31 avqust - 8 sentyabr tarixlərindəki təlim-məşq toplantısında düşərgədə olmalıdır. Komandamız sentyabrın 5-də Lüksemburqla Bakıda, ayın 8-də isə Kiprlə səfərdə qarşılaşmalıdır.
Qeyd edək ki, İsraildə anadan olmasına baxmayaraq, valideynləri Azərbaycandan olduğu üçün Ağayevin milli pasportu var.