Gürcüstanda mikroavtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı 17-yə çatıb.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
Xəsarət alan üç nəfər xəstəxanaya çatdırılıb.
Relyefin mürəkkəbliyi və çətin meteoroloji şəraitə baxmayaraq, axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Gürcüstan prezidenti Salome Zurabişvili və baş nazir Giorgi Qaxaria qəzada ölənlərin yaxınlarına başsağlığı veriblər.
22:48
xxx
Gürcüstanın Şatili kəndi ərazisində mikroavtobus, təxminən, 80 metr yüksəklikdən uçuruma aşıb.
Unikal.org RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qəza nəticəsində 12 nəfər ölüb, 3 nəfər yaralanıb.
Hadisə yerinə polis, xilasedicilər və təcili tibbi yardım briqadası cəlb edilib.
Qalan sərnişinlərin axtarışı davam edir.
Faktla bağlı araşdırma başlanılıb.