Amerikalı reper Kanye Vest ABŞ prezidentliyinə namizəd kimi qeydiyyatdan keçib.

Unikal.org xəbər verir ki, bu barədə “Nola” portalı yazır.

Portalın məlumatına əsasən, reper Luiziana ştatında qeydiyyatdan keçib. Qeyd edək ki, bu ştatda ərizə vermək üçün imza toplamağa ehtiyac yoxdur, sadəcə qeydiyyat üçün 500 dollar məbləğində ödəniş etmək lazımdır. Hazırda Luizianada daha 10 nəfər müstəqil namizəd qeydiyyatdan keçib.  

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri cari ilin noyabrın 3-də keçəcək.