Kofedən müntəzəm istifadə insanları qaraciyər xərçəngindən xilas edə bilər.
Unikal.org “MedicalXpress”ə istinadla xəbər verir ki, bu barədə avstraliyalı alimlər apardıqları tədqiqatlar nəticəsində gəliblər.
Tədqiqatlara əsasən, gün ərzində 3 və ya 4 fincan kofe içməklə xəstələnmək ehtimalını 38%, xərçəngdən ölüm riskini isə 46% azaltmaq olar. Kofenin miqdarını 4-5 fincanadək artırmaqla, bu göstəriciləri müvafiq olaraq 41 və 71%-dək qaldırmaq olar.
Mütəxəssislərin gəldikləri bu nəticələr, 2016-cı ildə qaraciyər xərçənginə yoluxma və ölənlərin arasında kofedən istifadə üzrə toplanan məlumatlardan çıxış edərək hazırlanmış modellə əsaslanır.
Məlum olub ki, gün ərzində iki fincan kofe içmək 452 861 xəstənin həyatını xilas edə bilərdi.