Türkiyədə son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 18 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.
Nazir bildirib ki, son 24 saatda 95 943 şübhəli koronavirus testindən keçib, onlardan 1443-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 796 nəfər olub, sağalan xəstələr isə 53 nəfər ondan az olub - 743 xəstə sağalaraq evə buraxılıb.
Türkiyədə ümumilikdə 259 692 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 237 908 nəfər sağalıb, 6139 nəfər ölüb.