Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Şərifzadə prospektində qeydə alınıb.

Yolu keçən 1993-cü il təvəllüdlü Ağayev Faiq Aqil oğlunu motosiklet vurub.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ qamış sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.