ABŞ rəhbəri Donald Tramp prezident administrasiyasının fikrincə iğtişaşlarla qeyri-effektiv mübarizə aparan şəhərlərin dövlət maliyyəsindən məhrum edilməsi ilə bağlı memorandum imzalayıb.
Unikal.org xəbər verirm ki, bu tədbirlər Sietl, Portlend, Nyu-York və Vaşinqtona şamil edilə bilər.
Sənədə əsasən, yaxın iki həftə ərzində Ağ ev nazirliklərə bu şəhərlərə xərclər haqqında hesabatın forması ilə bağlı qərar verməlidir və bundan sonra bir ay ərzində şəhərləri federal maliyyədən məhrum etməklə bağlı təkliflər hazırlamalıdır.
Xatırladaq ki, ABŞ-ın bir çox iri şəhərlərində irqçilik və polis zorakılığına qarşı etirazlar may ayından davam edir.