Rusiyanın Energetika nazirinin müavini Anatoli Tixonov İstintaq Komitəsində aparılan dindirilmədən sonra saxlanılıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, o, dələduzluqda şübhəli bilinərək tutulub.
“Tixonov şübhəli şəxs qismində dindirilib, Rusiya Federasiyası Cinayət Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən həbs olunub”, - deyə agentliyə açıqlamasında mənbə bildirib.