Belarus prezidenti Aleksandr Lukaşenko Dövlət Təhlükəsizlik Komitəsinin rəhbərini vəzifəsindən kənarlaşdırıb.

Unikal.org xəbər verir ki, bu barədə dövlət başçısı “Qovorit Moskva” (“Говорит Москва”) radiostansiyasının müxbirinə müsahibəsində deyib.

Belarus lideri bildirib ki, DTK-nin başçısını Minskdə 33 Rusiya vətəndaşının həbsi ilə əlaqədar işdən çıxarıb.