Qətərin paytaxtı Dohada Əfqanıstan hökuməti ilə "Taliban" arasında tarixi sülh danışıqları başlayıb.
Unikal.org-un məlumatına görə, danışıqlarda ABŞ dövlət katibi Maykl Pompeo da iştirak edir.
Əfqanıstan nümayəndə heyətinə ölkənin Milli Koalisiyasının rəhbəri, sabiq vitse-prezident Abdulla Abdulla rəhbərlik edir.
Qeyd edək ki, tərəflər arasında sülh danışıqları barədə razılıq bu ilin fevralında əldə olunmuşdu. Lakin bu müddət ərzində 5 minədək "Taliban" mənsubunun həbsdən azad edilməsi ilə bağlı fikir ayrılıqları mövcud olduğu üçün danışıqlar ləngiyirdi.