Türkiyədə son sutka ərzində koronavirusdan 48 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.
Nazir bildirib ki, son 24 saatda 98 326 şübhəli koronavirus testindən keçib, onlardan 1509-nun cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1242 nəfər olub, 1207 xəstə isə sağalaraq evə buraxılıb.
Türkiyədə ümumilikdə 289 635 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 257 731 nəfər sağalıb, 6999 nəfər ölüb.
Nazir ağır xəstə sayında artımın davam etdiyini yazıb.