Çində yaşamaq üçün icazə sənədi və vizası olan xarici ölkə vətəndaşlarının ölkəyə girişi ilə bağlı tətbiq olunan qadağa ləğv edilib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi və Milli İmmiqrasiya İdarəsindən açıqlama verilib.
Məlumata görə, sözügedən şəxslər 28 sentyabrdan etibarən ölkəyə geri qayıda biləcəklər.
Bildirək ki, viza və yaşayış icazələrinin müddəti bitənlər yenidən müraciət etməli, geri qayıdanlar isə iki həftə karantin altına qalmalıdır.