İranda ötən sutka ərzində 207 nəfər koronavirusdan (COVID-19) ölüb.

Unikal.org xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.  Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 25 222 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində  4 023 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 439 882 nəfərə yüksəlib. O əlavə edib ki, İranda indiyədək 369 842 nəfər koronavirusdan sağalıb.