İsrail hökuməti koronavirus səbəbindən xaricə uçuşlara məhdudiyyət tətbiq edib.

Unikal.org xəbər verir ki, bu barədə İsrailin Nəqliyyat naziri Miri Reqev bildirib.

Onun sözlərinə görə, sentyabrın 25-i yerli vaxtla saat 14:00-a qədər bilet alan şəxslər ölkəni tərk edə biləcək. Sonra alınan biletlərdən istifadə etmək mümkün olmayacaq.

Nazir qeyd edib ki, İsrail vətəndaşları ölkəyə maneəsiz qayıda bilər.