Braziliyada son sutka ərzində daha 31 911 nəfərin koronavirus infeksiyasına yoluxması, 729 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 4 689 613 nəfər yoluxub. Bu müddət ərzində 140 537 koronaviruslu xəstə dünyasını dəyişib.
Həmçinin bu günədək 4 040 949 xəstə müalicə olunaraq sağalıb.