Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 16 nəfər dünyasını dəyişib.
Unikal.org “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 5180-ə çatıb.
Qeyd edək ki, Moskvada indiyədək təxminən 285,8 min insanda koronavirus aşkar olunub. Ümumilikdə 245,1 mindən çox xəstə isə sağalıb.