İranda ötən sutka ərzində 3 512 nəfər koronavirusa (COVID-19) yoluxub.
Unikal.org xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Sadat Larinin sözlərinə görə, beləliklə İranda bu virusa yoluxanların sayı 449 960 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 068 nəfərin vəziyyəti ağırdır.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 190 nəfər koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölənlərin sayı 25 779 nəfərə çatıb.