Türkiyə təhlükəsizlik qüvvələri Əl-Qaidənin təhlükəli terrorçularından birini saxlayıb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, İslom Saydalimov adlı Əl-Qaidə üzvü Hatay vilayətinin Altınözü rayonunda həyat yoldaşı və 3 övladı ilə birgə saxlanılıb.