Ermənistanın hücumları qarşısında Azərbaycan xalqına birlik, bərabərlik və həmrəylik mesajını çatdırmaq üçün Türkiyənin paytaxtı Ankaranın əsas simvollarından biri olan Atakule qülləsi ölkəmizin bayrağının rənglərinə (mavi, qırmızı və yaşıl) boyanıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Atakule qülləsinin zirvəsində ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” ifadəsi, onun ardınca isə “Can Azərbaycan!” şüarı üç rəngli bayrağımızın rəngləri fonunda hərəkətdədir.