Meksikada ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org  xarici mətbuata istinadən xəbər verir ki, hadisə Meksikanın Çiapas əyalətində qeydə alınıb.

Belə ki, La Trinitaria - Çamik yolunun dağlıq hissəsində, İblisin Burnu kimi tanınan ərazidə sərnişin daşıyan avtobus idarəetməni itirərək dağa çırpılıb və daha sonra aşıb.

Qəza nəticəsində 13 nəfər ölüb, 25 nəfər yaralanıb. Yaralılar arasında 11 qadın, 9 kişi və 5 uşaq var. Daha iki sərnişinin axtarışları aparılır. Qəzanın baş vermə səbəbi hələ məlum deyil.