"Barselona" klubu "Mançester Yunayted"in Ansu Fati üçün təklifini cavabsız qoyub.
Unikal.org xəbər verir ki, Kataloniya təmsilçisi Ansu Fati ilə yeni bir sözləşmə imzalamadan öncə "Qırmızı şeytanlar"ın 136 milyon funt sterlinqlik təklifini rədd edib.
Belə ki, "Barselona" klubu oyunçunun sərbəstqalma məbləğini 363 milyon funt sterlinqə qaldırıb. "Mançester Yunayted" isə Fatinin transferi üçün 154 milyon funt sterlinqi ödəməyə hazır idilər.