Türkiyədə son sutka ərzində 63 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin sözlərinə görə, 1442 yeni yoluxma faktı qeydə alınıb. Pandemiya qurbanlarının sayı 8325, virusa yoluxanlar isə 321 512 nəfərə çatıb.
Türkiyədə indiyədək 282 657 pasiyent (son sutkada 1402 nəfər) sağalaraq evə buraxılıb.