2019/2020 mövsümünün sonunda "Qarabağ"dan ayrılan Maqaye Qeye Rumıniyanın "Dinamo" klubuna keçib.

Unikal.org xəbər verir ki, bu barədə Buxarest təmsilçisinin baş məşqçisi Kosmin Kontra deyib.

45 yaşlı mütəxəssis Seneqal əsilli fransalı hücumçu ilə müqavilə imzalandığını bildirib. Kontranın sözlərinə görə, 30 yaşlı forvard milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən sonra meydana çıxmağa hazır olacaq.

Qeyd edək ki, Maqaye Qeye ötən mövsüm "Qarabağ"ın heyətində 28 oyun keçirib və 8 qol vurub.