Böyük Britaniyada son sutka ərzində koronavirusa yoluxanların sayı rekord sayda – 12 872 nəfər artıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, son 24 saat ərzində ölkədə 49 nəfər COVID-19-un qurbanı olub.
Qeyd edək ki, pandemiyanın başladığı vaxtdan indiyədək Britaniyada 480 mindən çox insan koronavirusa yoluxub, 42 mindən çox xəstə isə vəfat edib.