Bu gün axşam saatlarında Ermənistan silahlı qüvvələri Mingəçevir istilik elektrik stansiyasını (İES) hədəf alıblar.

Unikal.org xəbər verir ki, atılan raketlərdən biri İES-in qarşısına düşüb.Lakin raket partlamayıb.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri və ANAMA nümayəndələri cəlb olunublar.

Qeyd edək ki, hadisə ilə bağlı məlumat yayan Baş Prokurorluq bildirib ki, Mingəçevirə 3 raket atılıb. Onlardan ikisi partlamayıb. Partlamayan raketlərdən biri Mingəçevir İES MMC-nin qarşısına düşüb.