Cəbhədə şiddətli döyüşlər davam edir. 

Unikal.org report-a istinadən xəbər verir ki,  Ermənistan silahlı qüvvələri qəsdən və hədəflənmiş şəkildə Tərtər şəhərini və ətraf kəndləri yenidən artilleriya atəşinə tutur. 

Düşmən yenidən rayonun dinc sakinlərini hədəf alıb.

Oktyabrın 4-ü gecə saatlarında ermənilərin növbəti dəfə atdığı top mərmilərindən biri şəhərin mərkəzinə düşüb. Nəticədə şəhər sakinləri - 1981-ci il təvəllüdlü Taleh Novruzov və 1993-cü il təvəllüdlü Süleymanov Davud Elxan oğlu yaralanıb. Həmin şəxslər xəstəxanaya çatdırılıb. 

Bundan başqa, mülki evlərə, obyektlərə və inzibati binalara ziyan dəyib. Bir çox evlər, obyektlər dağıdılıb. Hazırda döyüşlər davam edir.