Xankəndində ərzaq çatışmazlığı başlayıb, mağazalar işləmir.
Unikal.org “znak.com”a istinadən xəbər verir ki, bu barədə yerli sakinlər məlumat veriblər.
Qeyd olunur ki, bununla əlaqədar şəhəri tərk edən insanların axını artır. Onlar İrəvana aparan yol boyunca maşınlarla yola düşürlər.
Azərbaycan ordusunun əks-hücum əməliyyatları nəticəsində dünən elektrik stansiyası məhv edilib, nəticədə Xankəndi işıqsız qalıb, habelə qaz kəməri də zədələnib və şəhər qazsız qalıb.