Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar 07 oktyabr 2020-ci il tarixində gün ərzində Xətai rayonunun Lütfi-zadə (keçmiş Telnov), Seyid Əzim Şirvani, Əliağa Şıxlinski, Səmədbəy Mehmandarov, İnqilab İsmayılov küçələrinə, Gəncə prospekti, Nəsrəddin Tusi və Şirvani küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq. 

Bu barədə Unikal.org  “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla məlumat yayır.