DSX-nın əməkdaşı, polkovnik-leytenantı Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Real Tv-nin qonağı olub.
Unikal.org xəbər verir ki, F.Umudov bu dəfə Ermənistan-Azərbaycan arasındakı döyüşlər barəsində danışıb:
"Torpaqlarımız uğrunda şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm, ailələrinə baş sağlığı verirəm. Əminliklə deyirəm ki, onların qanı yerdə qalmayacaq.
Biz idmançılar da hər zaman silahlı qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin , ordumuzun yanındayıq.
Cənab prezidentin ətrafında böyük idmançılar ordusu var. Yarış meydanlarında qazandığımız uğurları döyüş meydanlarında davam etdirməyə daim hazırıq.
Yarışlarda erməni üzərində qazandığımız qələbələr də daim bizi sevindirib. Ancaq müqəddəs torpaqlarımızın uğrunda qələbə qazanmaq bizi daha çox sevindirir. 30 ildir ki, düşmən öz təxribatlarından əl çəkmir.
Buna baxmayaraq düşmən hər zaman layiqincə cavabını alıb və alacaqdır. Bizim indi əsas amalımız torpaqlarımızı işğaldan azad etməkdir. Biz idmançılar hər bizimiz döyüş əhval-ruhiyyəsindəyik. Düşmən istər güləş meydanında, istərsə də döyüş meydanında təxribata əl atıb.
Üstünlük bu gün bizimlədir. Beynəlxalq arenalarda da erməni xislətli insanlar az olmayıb. Cənab prezident də vurğulayıb ki, bizimlə təkbətək mübarizə aparın. Bu gün biz haqq davamızda öz işimizi görmək iktidarındayıq.
Mülki əhalimizi nişan almaqla bizi təxribata çəkmək istəyirlər. Ancaq bu olmayacaq, çünki biz öz torpaqlarımızda mübarizə aparırıq".
Verilişdə ordumuzun növbəti üstünlüyü ilə bağlı xəbəri alan DSX zabiti qələbə bizimlədir deyib daim üzərində daşıdığı bayrağı göstərib və bu fikirlərinə belə davam edib:
"Bu bayraq Xankəndində, Şuşada, Xocalıda, Qarabağda dalğalanacaq. Ermənilər bizim qazandığımız uğurları öz adlarına çıxırlar. Artıq düşmən ordusununn içərisində çaşqınlıq var. Cənab prezident də deyib Vaxtında çəkilin bizim torpaqlardan.
Xocalıda yaşananlar heç vaxt yaddan çıxmaz. O günləri görmək istəmirlərsə Azərbaycan torpaqlarından çəkilsinlər. 2 milyondurlar. Elə olmasın ki yer üzündən silinsinlər.
Yenə deyirəm bizim dinc erməni əhalisi ilə işimiz yoxdur. Amma onlar hələ də mülki əhalimizi atəşə tutublar".