Nazirlər Kabineti "Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə" "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərin registrinin yaradılması və aparılması Qaydası"nın təsdiq edilməsi haqqında","Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"nın təsdiq edilməsi haqqında" və "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" qərarlardakı dəyişikliyə aydınlıq gətirib.
Unikal.org xəbər verir ki, dəyişikliyə əsasən, qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında" Qanuna dəyişiklik edilərək "əmək xəsarəti" sözləri "istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri" sözləri ilə, "Ünvanlı dövlət sosial yardımı haqqında" Qanuna dəyişik edilərək "qocalar, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində" sözləri "ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində" sözləri ilə, "Sosial müavinətlər haqqında" Qanuna dəyişiklik edilərək əlilliyə görə müavinət 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinətlə əvəz edilib.
Bununla əlaqədar "Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə" 2001-ci il 23 may tarixli 98 nömrəli Qərarında "əmək xəsarəti" sözləri "bədbəxt hadisələr və peşə xəstəlikləri" sözləri ilə əvəz edilir.
"Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərin registrinin yaradılması və aparılması Qaydasına dəyişiklik edilərək Registrin yaradılma məqsədlərinə, o cümlədən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu barədə məlumat almaq əlavə edilib.
İrsi qan xəstəliyi olan şəxslərin registri bu şəxslərin qeydiyyatının aparılmasını təmin etmək, xəstələrin sağlamlığı, ağırlaşmalar, əlillik, sağlamlıq imkanlarının məhdudluğu və ölüm halları, habelə müalicə-profilaktika tədbirlərinin səmərəliliyi barədə məlumat almaq məqsədi ilə yaradılır.
"Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"nın təsdiq edilməsi haqqında" 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarında qocalar və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri" sözləri "ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri" sözləri ilə , "müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl AES qəzası nəticəsində I və II qrup əlil olmuş" sözləri "müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl AES qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş" sözləri ilə əvəz edilib.
"Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın 3.6.1-ci yarımbəndində "qocalar, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində" sözləri "ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində" sözləri ilə əvəz edilib.