27 il ərzində işğal altında olan Cəbrayıl şəhərində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan xalqına məxsus tarixi və mədəni abidələr dağıdılıb. Həmin ərazilərdə qeyri-qanuni iqtisadi və kənd təsərrüfatı fəaliyyətləri həyata keçirilib.
Unikal.org xəbər verir ki, bununla bağlı “Azersky” peyki vasitəsilə əldə olunmuş təsviri “Azərkosmos” ASC yayıb.
Bildirilir ki, Ermənistanın beynəlxalq hüquqa zidd olan bu kimi fəaliyyəti hələ ki Azərbaycanın digər işğal altında olan torpaqlarında davam edir. “Azersky” peyki vasitəsilə bu fəaliyyətlər gündəlik olaraq izlənilir. Monitorinqlər nəticəsində əldə olunan məlumatlar dünya ictimaiyyətinə çatdırılır.