Üç gün ərzində 200 erməni əsgərini öldürüb, 6 silah dolu maşınını məhv edən zabitimiz qəhrəmancasına şəhid olub.
Unikal.org xəbər verir ki, bunu polkovnik-leytenant Orxan Əkbərovun dəfnində onun döyüş yoldaşları bildirib. Döyüşçülərimiz bildirib ki, xalqımız bu cür igidlərini heç zaman unutmayacaq.
Qeyd edək ki, şəhid polkovnik-leytenant O.Əkbərov doğulduğu Biləsuvar rayonunda dəfn edilib.