Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi antiterror əməliyyatlarında PKK terror təşkilatına sarsıdıcı zərbə vurulub.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Pəncə Qaplan” əməliyyatı çərçivəsində Haftanin bölgəsində 5 PKK terrorçusu məhv edilib.
Bundan əlavə, Şırnak bölgəsində həyata keçirilən “İldırım-1” antiterror əməliyyatı nəticəsində iki silahlı terrorçu zərərsizləşdirilib.