Azərbaycan Xarici İşlər Nazirliyində cəbhədəki son vəziyyət və Moskvada Azərbaycan, Ermənistan və Rusiyanın XİN başçılarının görüşünün nəticəsinə həsr olunmuş brifinq başa çatdı.

Unikal.org brifinqin gedişatını təqdim edir:

 

15:00

Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) mətbuat konfransı keçirilir.

Unikal.org-un məlumatına görə, brifinqdə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Xarici İşlər naziri Ceyhun Bayramov iştirak edir.

Konfransda cəbhədəki son vəziyyət və Moskvada Azərbaycan, Ermənistan və Rusiyanın XİN başçılarının görüşünün nəticəsi barədə məlumat verilir.