Yer yaxınlaşan 2020 SO asteroidinin daş deyil, süni mənşəli olduğu məlum olub. O, 1966-cı ildə Aya atılan raketin üst hissəsidir. Noyabr ayında, “Centaur” bloku Yerin orbitinə girməlidir.

Unikal.org “İnterfaks”a istinadən xəbər verir ki, 54 il əvvəl dartıcı blok “Surveyor 2” eniş aparatını Yerin təbii peykinə çatdırmalı idi. Lakin endirici aparat məhv olmuşdu, belə ki,  mühərrik sıradan çıxdığı üçün o, Ayın səthinə çırpılmışdı. Raket Ayın yanından uçaraq Günəş orbitinə çıxmışdı.

NASA-nın reaktiv mühərrik Laboratoriyasının Yerətrafı obyektlərin tədqiqi mərkəzinin direktoru Pol Çodasın sözlərinə əsasən, Yerə doğru uçan naməlum cisim 2020-ci ilin oktyabrında Havayda teleskopla aşkar edilmişdi.

“Böyük ehtimalla, 1984 və 2002-ci illərdə dartıcı blok Yerin 8 milyon kilometrliyindən ötüb keçib. Lakin həmin vaxt məsafə çox böyük olduğu üçün optika obyekti qeydə ala bilməmişdi”, - deyə P.Çodas bildirb.