Kikboks üzrə beşqat dünya çempionu Ehram Məcidov həbsdən azad olunub.
Unikal.org-un əldə etdiyi məlumata görə, qaynatası 1953-cü il təvəllüdlü Bəhruz Dilbaziyə xəsarət yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən dünya çempionu bu gün sərbəst buraxılıb.
Qeyd edək ki, prokuror E.Məcidovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Ehram Məcidov Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham edilirdi.
Sonradan E.Məcidov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Onu da bildirək ki, E.Məcidov Azərbaycan Kunq- Fu Federasiyasının da vitse-prezidentidir.
Gülayə Mecid