İranda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 256 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Bununla da İranda bu günədək koronavirusdan ölənlərin sayı 29 605 nəfərə çatıb.

Son sutka ərzində İranda 4 616 nəfər koronavirusa yoluxub və indiyə qədər infeksiyaya yoluxanların ümumi sayı 517 835 nəfərə çatıb. Xəstəlikdən sağalanların sayı 418 054 nəfərdir, 4 671 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.