UEFA koronavirus pandemiyası səbəbindən 2021-ci ilin yayında keçirilməsi planlaşdırılan Avro-2020 matçlarına ev sahibliyi edəcək şəhərlərin sayını azaltmağa hazırlaşır.
Unikal.org xəbər verir ki, bu barədə “The Sun” agentliyi yazır.
Bildirilir ki, UEFA uzun uçuşların sayını azaltmaq istəyir. Avropa çempionatını bir ölkədə dörd stadionda keçirtmək variantına belə baxılır. Hazırda isə ev sahibliyi edəcək şəhərlərin sayını azaltmaq məsələsi müzakirə olunur.
İlk növbədə ixtisara Bakı (Dağlıq Qarabağdakı müharibə səbəbindən) və Sankt-Peterburq, eləcə də İspaniyanın Bilbao (biletlər pis satıldığı üçün) şəhəri düşə bilər.